Xankəndi stadionunda keçiriləcək ilk oyunun – Vaxtı açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən, noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

“Xankəndi” klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir