İsmail Kartal qəza etdi

“Fənərbaxça”nın keçmiş baş məşqçisi İsmail Kartal qəza keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Bildirilir ki, hadisə Samandıradan evinə qayıdarkən baş verib.

Məlumata görə, 65 yaşlı baş məşqçinin həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, ötən gün “Fənərbaxça” klubu İ. Kartalla yollarını ayırdığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir